İspaniya kubokunda "El-Klassiko"!

Futbol üzrə İspaniya kubokunda yarımfinal mərhələsinin püşkü atılıb. "Marca"nın yazdığına görə, bu mərhələdə "El-Klassiko" olacaq. "Barselona" ilk oyunda "Real"ı qəbul edəcək. İkinci yarımfinal görüşündə isə "Valensiya" "Betis"in qonağı olacaq. Qeyd edək ki, kubokda ilk qarşılaşmalar fevralın 6-ı, cavab matçları isə fevralın 27-i keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə