Belçikada 2018-ci ilin ən yaxşı futbolçusu məlum olub. Belçika Futbol Federasiyasının rəsmi saytında yer alan məlumata görə, “Çelsi”nin hücumçusu Eden Hazard ötən ilin ən yaxşısı seçilib. Hazard 14974 səslə qalib olub. Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Aksel Vitsel 3801 səslə 2-ci, “Mançester Siti”nin futbolçusu Kevin de Bruyne isə 2005 səslə 3-cü olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB