Uşaq liqalarında hakimliklə bağlı yenilik

Uşaq liqalarında hakimliklə bağlı yenilik

AFFA-nın Hakimlər Komitəsi U-13 və daha aşağı yaş qruplarına aid komandalar arasında keçirilən turnirlərin oyunlarına 1 hakimin təyin olunması barədə qərar qəbul edib. SİA-nın məlumatına görə, qərar beynəlxalq Oyun Qaydalarının tələbləri, beynəlxalq təcrübə və hakimlərin fiziki hazırlığının yüksəldilməsi əsas götürülərək qəbul olunub.

Xatırladaq ki, indiyə qədər qeyd olunan bəzi turnirlərdə oyunları 2 hakim idarə edirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə