Döyüşçümüz beynəlxalq görüşdə qələbə qazanıb - FOTOLAR

Döyüşçümüz beynəlxalq görüşdə qələbə qazanıb - FOTOLAR

Azərbaycanın daha bir idmançısı beynəlxalq döyüş yarışında qələbə qazanıb. SİA-nın məlumatına görə, Taylandda “MBK Fight Night” mərkəzində keçirilən muay-tay idman növü üzrə döyüşdə gənc idmançımız Amil Şahmarzadə yerli döyüşçü Sibsaen Luktupfanla qarşılaşıb. Rəqib öz ölkəsində, doğma azarkeşlər önündə döyüşməsinə baxmayaraq Azərbaycan idmançısına güc gələ bilməyib. A.Şahmarzadə döyüşdə üstün tərəf olaraq rəqibini məğlub edib.

Qeyd edək ki, A.Şahmarzadə muay-tay idman növü üzrə 2 dəfə Azərbaycan çempionu, həmçinin Avrasiya Kubokunun qalibi olub.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə