"Rabitə" pley-offa qrup birincisi olaraq çıxdı - YENİLƏNİB

"Rabitə" pley-offa qrup birincisi olaraq çıxdı - YENİLƏNİB

Qadın voleybolçulardan ibarət "Rabitə" klubu Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində növbəti matçını keçirib. Komandamız Rumıniyanın "Dinamo-Romprest" klubunu qəbul edib. Matçı rusiyalı Viktor Markov və türkiyəli Bülənt Bozqurd idarə edib. Siasport.az saytı "Sərhədçi" Olimpiya Mərkəzində keçirilən qarşılaşmanın nəticəsini canlı yayımlayıb. 

İlk setdə voleybolçularımız oyun başlayandan az sonra üstünlüyü ələ alıblar. Komandamız rəqibdən üstün olduğunu asanlıqla nümayiş etdirib. Blokda yaxşı oyun göstərən rabitəçilər birinci seti 7 top öndə tamamlayıblar.

Komandamız ikinci setdə də böyük üstünlüklə qalib olub. "Rabitə" "Dinamo-"Romprest"i bu dəfə daha da asan məğlub edibi. Belə ki, ikinci setdə komandamız rəqibə göz açmağa imkan verməyərək 9 top qabaq olub.

Üçüncü setdə "Rabitə" həqiqətəndə Rumıniya təmsilçisini meydana çıxmasına peşman edib. Hərtərəfli üstünlük nümyiş etdirən qızlarımız matçın son setini 25:16 hesabı ilə qalib başa vurublar..

Beləliklə Rabitə play-off mərhələsinə qrupda birinci olaraq çıxıb.

Qadın voleybolçular arasında Çempionıar Liqası

"Rabitə"  (Azərbaycan) - "Dinamo-Romprest" (Rumıniya)  3:0 (25:18, 25:16, 25:14)

"Sərhədçi" Olimpiya Mərkəzi

Xatırladaq ki, bu komandalar arasında ilk qarşılaşma da  "Rabitə"nin xeyrinə başa çatıb (0:3).

 

Bütün xəbərlər Facebook səhifəmizdə