Futbol üzrə İtaliya kubokunun 1/4 finalının son oyunu keçirilib. SİA-nın məlumatına görə, "İnter" "Latsio"nu qəbul edib. Matçın əsas vaxtı qolsuz bərabərliklə başa çatdığı üçün əlavə vaxt oynanılıb. Burada komandalar hərəyə bir qol vurub və qalib penaltilər seriyasında müəyyənləşib. Penaltiləri daha dəqiq yerinə yetirən "Latsio" (4:3) yarımfinala yüksəlib.
Qeyd edək ki, "Latsio" 1/2 finalda "Milan"la qarşılaşacaq.
"İnter" - "Latsio" 1:1 (penaltilər seriyası 3:4)
Qollar: İmmobile, 108 (0:1), İkardi, 120+5 (1:1)
Qırmızı vərəqə: Radu, 120+4 ("Latsio")
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB