"Başakşəhər" "Rubin"in futbolçusunu transfer edib

"Başakşəhər" "Rubin"in futbolçusunu transfer edib

Türkiyənin "Başakşəhər" klubu növbəti transferini rəsmiləşdirib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İstanbul təmsilçisi Rusiyanın "Rubin" klubundan ayrılan Fyodor Kudryaşovu heyətinə qatıb. Tərəflər arasında 1,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Rusiya millisinin üzvü olan 31 yaşlı sol cinah müdafiəçisi "Spartak", "Tom", "Krasnodar", "Terek", "Rostov" kimi klublarda çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə