"Real" İspaniya kubokunda yarımfinala yüksəlib

"Real" İspaniya kubokunda yarımfinala yüksəlib

İspaniya kubokunda sonuncu yarımfinalçı müəyyənləşib. SİA-nın məlumatına görə, "Real" 1/4 finalın cavab oyununda səfərdə "Jirona" ilə qarşılaşıb və 3:1 hesabı ilə qalib gəlib.

İlk matçda da 4:2 hesablı qələbə qazanan Madrid klubu yarımfinal yüksəlib.

Qeyd edək ki, bundan əvvəl 1/2 finalda "Barselona", "Betis" və "Valensiya" oynamaq hüququ qazanıb.

"Jirona" - "Real" 1:3

Qollar: Benzema, 27 (0:1), 43 (0:2), Porro, 71 (1:2), Llorente, 76 (1:3)

Bütün xəbərlər Facebook səhifəmizdə