Almaniyanın “Şalke” klubu "Mançester Siti"nin futbolçusu Rabbi Matondonu heyətinə cəlb edib. Alman klubunun saytında yer alan xəbərə görə, 18 yaşlı yarımmüdafiəçi ilə 4,5 illik müqavilə imzalanıb. Bundelsiqa təmsilçisi bu transfer üçün "şəhərlilər"ə 11 milyon avro ödəyib. Qeyd edək ki, uelsi futbolçu 2016-cı ildən İngiltərə klubunda çıxış edirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB