"Qarabağ"ın futbolçusu Riçard Almeyda Topaz Premyer Liqasının 15-ci turunda "Neftçi" ilə oyun öncəsi fikirlərini bildirib. Braziliyalı futbolçu jurnalistlərə açıqlamasında bunları deyib: "Rəqibin böyük komanda olduğunu hamımız bilir, ona hörmət və səbirlə yanaşırıq.Hər iki komandanın keyfiyyətli oyunçuları var".
Onun sözlərinə görə, hələ çempionun kim olacağını demək olmaz: "Mövsümün yarısı geridə qalıb. İrəlidə bizi çətin matçlar gözləyir". Azarkeşləri 12-ci oyunçu adlandıran braziliyalı oyunçu matçın harada keçirilməsinin önəmli olmadığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB