"Stok Siti"nin hücumçusu Boyan Krkiç karyerasını Türkiyədə davam etdirəcək. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, qış transfer dönəminin bitməsinə saatlar qalmış "Sivasspor" ispaniyalı futbolçunun keçidini müsbət yekunlaşdırıb. 28 yaşlı futbolçu bu gün Türkiyəyə gələcək və 1,5 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Krkiç "Roma", "Milan", "Ayaks", "Maynts" və "Alaves" klublarında da çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB