Xavier Kalexa yenidən “Vilyarreal”ı çalışdıracaq

Xavier Kalexa yenidən “Vilyarreal”ı çalışdıracaq

İspaniyanın “Vilyarreal” futbol klubuna yeni baş məşqçi təyin edilib. Klubun saytında yer alan məlumata görə, komandanın sabiq baş məşqçisi Xavier Kalexa yenidən “Vilyarreal”ı çalışdıracaq. O, bu vəzifədə ötən günlərdə istefaya göndərilən Luis Qarsianı əvəzləyib.

“Vilyarreal” 21 turdan sonra 18 xalla La Liqada 19-cu pillədədir.

Xatırladaq ki, Xavier Kalexa 2017-ci il sentyabrın 25-dən ötən il dekabrın 10-dək “Vilyarreal”ın baş məşqçisi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə