FİFA 2018-ci ildə klubların transferlərə xərclədiyi vəsaitin hesabatını hazırlayıb. Futbol qurumunun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Azərbaycan klubları ötən il yeni oyunçulara ümumilikdə 2.1 milyon dollar xərcləyib. Ölkəmiz bu göstərici ilə 47-ci sırada qərarlaşıb. Siyahının ilk pilləsində transferə 1 milyard 981,3 milyon dollar pul xərcləyən İngiltərə yer alır. İspaniya 1 milyard 352.5 milyon dollarla ikinci, İtaliya isə 848.9 milyon dollarla (29.8% artım) üçüncü pillədə qərarlaşıb.
Azərbaycan klublarının transfer gəlirləri isə 1.4 milyon dollar təşkil edib. Ölkə bu göstəricidə 73-cü sıradadır. Gəlirə görə isə ilk sırada Fransa (936.3 milyon dollar), ikinci yerdə İngiltərə (935.2 milyon), üçüncü yerdə isə İspaniya (908 milyon) qərarlaşıb. Qeyd edək ki, 2017-ci illə müqayisədə Azərbaycan təmsilçilərinin ümumi transfer xərcləri 61,6% azalıb, gəlirləri isə 95.7% artıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB