"Neftçi”nin futbolçusu Cənubi Koreya klubunda!

"Neftçi”nin futbolçusu Cənubi Koreya klubunda!

"Neftçi”nin futbolçusu Dario Frederiko Cənubi Koreyanın "Daequ” klubuna keçib. Bu barədə "xalq komandası"nın rəsmi saytı xəbər yayıb. Braziliyalı yarımmüdafiəçi Türkiyənin Antalya şəhərində keçdiyi təlim-məşq toplanışının sonuncu günündə ona meneceri vasitəsilə başqa klubdan sərfəli təklif gəldiyini bildirib.

Daha sonra tərəflər arasında bununla bağlı danışıqlar başlayıb. "Neftçi” tələb etdiyi kompensasiya "Daequ” klubu tərəfindən ödənildikdən sonra braziliyalı futbolçunun keçidinə icazə verilib. Qeyd edək ki, Dario Frederiko bu mövsüm "Neftçi”nin heyətində 17 oyunda meydana çıxıb, 3 qol vurub. O, mövsümün əvvəlində "Kəpəz"dən "Neftçi"yə keçmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə