Beynəlxalq dərəcəli hakim-deleqat İsgəndər Əsgərov növbəti təyinat alıb. SİA-nın məlumatına görə, Azərbaycan Həndbol Federasiyasından bildiriblər ki, təcrübəli mütəxəssis kişi həndbolçuların “Challenge Cup” turnirinin “Neva” (Rusiya) - “Povajska Bistritsa” (Slovakiya) görüşündə nümayəndə kimi Avropa Həndbol Federasiyasını (EHF) təmsil edəcək.
Fevralın 15-də Sankt-Peterburqda keçiriləcək cavab oyununun idarəçiliyi isə makedoniyalı Danielo Bojinovski və Viktor Naçevskiyə həvalə olunub.
Qeyd edək ki, rəqiblərin ilk qarşılaşması fevralın 9-da Slovakiyanın Povajska Bistritsa şəhərində keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB