"Bavariya"nın futbolçusu Aryen Robben karyerasını Yaponiyada davam etdirə bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 35 yaşlı hücumçu ilə "Tokio" klubu yaxından maraqlanır. "Bavariya" ilə mövsümün sonuna qədər müqaviləsi olan Robben, azad agent kimi Yaponiya təmsilçisinə qoşula bilər. Hollandiyalı futbolçunun ailəsi də Yaponiyada yaşamağa müsbət yanaşır.
Robbenlə keçmiş klubu PSV də yaxından maraqlanır.
Qeyd edək ki, karyerası ərzində PSV, "Çelsi", "Real Madrid" kimi klublarda forma geyinən Robben, 2009-cu ildən "Bavariya"da çıxış edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB