"Qenqam" "Monako"nu məğlub edib, finala çıxdı

"Qenqam" "Monako"nu məğlub edib, finala çıxdı

Fransa Liqa kubokunda yarımfinal mərhələsinin ilk oyunu keçirilib. SİA-nın məlumatına görə, "Qenqam" "Monako"nu qəbul edib. Matçın əsas vaxtı 2:2 hesabı ilə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan "Qenqam" penaltiləri daha dəqiq (5:4) yerinə yetirərək finala yüksəlib.

Qeyd edək ki, ikinci yarımfinal görüşündə bu gün "Strasburq" və "Bordo" üz-üzə gələcək.

"Qenqam" - "Monako" 2:2 (penaltilər seriyası - 5:4)
Qollar: Lopes, 18 (0:1), Qolovin,24 (0:2), Mendi,46 (1:2), Turam, 55 (2:2)

Bütün xəbərlər Facebook səhifəmizdə