Martin Kasaresi 3-cü dəfə "Yuventus"a transfer edildi

Martin Kasaresi 3-cü dəfə "Yuventus"a transfer edildi

"Yuventus" heyətini yeni futbolçu ilə gücləndirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Turin təmsilçisi Qətərin "Əl Duhail" klubuna satdığı müdafiəçi Mehdi Benatianın boşluğunu dərhal doldurub. “Qoca sinyora” sabiq futbolçusu Martin Kasaresi geri qaytarıb. "Latsio"dan icarəyə götürülən uruqvaylı oyunçu bu mövsümün sonuna kimi “ağ-qara” formanı geyinəcək.

Qeyd edək ki, bu, Kasaresin "Yuventus"a 3-cü transferidir. 31 yaşlı müdafiəçi daha əvvəl 2009-2010 və 2012-2016 mövsümlərində bu komandada çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə