Futbol həyatını ABŞ-da davam etdirən Fransa milli komandasınn forvardı Anri ABŞ çempionatındakı fasilədən istifadə edərək keçmiş komandasına qayıdıb. Siasport.az saytı xəbər verir ki, "New York Redd Bulls" klubunda forma geyinən fransız futbol ulduzu mart ayına qədər "Arsenal" ilə birlikdə məşqlərə çıxacaq. Bu barədə "Arsenal"ın rəsmi internet saytı da məlumat yayıb. "Anri, Arsenala geri döndü" başlığı ilə verilən xəbərdə onun "Arsenal"ın bazasına gələrək Arsen Vengerin rəhbərliyi altında formada qalmaq üçün bu komanda ilə birlikdə məşqlərə çıxacağı və bu prosesin mart ayına qədər sürəcəyi bildirilir. Xatırladaq ki, keçdiyimiz mövsüm "Barselona"dan Amerikanın "New York Redd Bulls" komandasına transfer olan Anri 1997-2007-ci illər arasında formasını geyindiyi "Arsenal"da 226 qola imza atıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB