“Şuşa”da qalmaqal! Yeni seçilmiş 2 futbolçu heyətdən göndərildi - EKSKLÜZİV

“Şuşa”da qalmaqal! Yeni seçilmiş 2 futbolçu heyətdən göndərildi - EKSKLÜZİV
Heyəti yeni yaradılmış, I Divizionda mübarizə aparan "Şuşa" klubunda qalmaqal baş verib. Siasport.az saytının əldə etdiyi məlumata görə, hazırda İmişlidə MKT Arazın bazasında təlim-məşq toplanışı keçən klubun yeni seçilmiş 2 futbolçusu komandadan göndərilib. Bunlar Pərviz Şahbazov və Zaur Əliyevdir. P.Şahbazov "Şuşa"nın öz heyətində, Z.Əliyev isə MKT Araz klubunda forma geyinib. Futbolçularla yaşanan qalmaqal isə onların klub rəhbərliyindən müqavilə üçün çoxlu pul istəmələri olub. Məlumatımıza görə, onlar hətta Azərbaycan Premyer Liqasında oynayan futboluların transferinə xərclənən qədər pul tələb edirlər. Bununla əlaqədar klubun vitse-prezidenti Vüsal Gözəlovla əlaqə saxladıq. O, məlumatın düzgün olduğunu təsdiqlədi. Vitse-prezident futbolçuların bu hərəkətlərində komadanın keçmiş baş məşqçisi Nadir Qasımovun təsiri olduğunu ehtimal etdiyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə