“Qarabağ” Azərbaycan Premyer Liqasının 15-ci turunda “Neftçi”yə qarşı keçirəcəyi matç üçün hazırlığa start verib. SİA-nın məlumatına görə, Ağdam təmsilçisi iki günlük istirahətin ardından klubun bazasında bir araya gəlib. Axşam saatlarında başlayan hazırlıq təxminən 1,5 saat davam edib.
Məşqdə zədədən sonra bərpa dövrünü başa vuran Reynaldo da iştirak edib.
Qeyd edək ki, fevralın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Neftçi" matçına saat 18:30-da start veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB