İtaliya kubokunda ilk yarımfinalçı müəyyənləşib

İtaliya kubokunda ilk yarımfinalçı müəyyənləşib

Futbol üzrə İtaliya kubokunda ilk yarımfinalçı müəyyənləşib. SİA-nın məlumatına görə, 1/4 final mərhələsində doğma azarkeşləri önündə "Napoli"ni 2:0 hesabı ilə məğlub edən "Milan" adını növbəti mərhələyə yazdırıb. "Rossonyerlər"in hər iki qolunu yeni transfer Kşiştof Pyontek vurub.

Qeyd edək ki, bu mərhələnin digər matçları "Fiorentina" - "Roma", "Atalanta" - "Yuventus" və "İnter" - "Latsio" komandaları arasında oynanılacaq.

İtaliya kuboku, 1/4 final mərhələsi

29 yanvar
"Milan" - "Napoli" - 2:0
Qollar:
K. Pyontek, 11 (1:0), 27 (2:0)

30 yanvar
"Fiorentina" - "Roma"
"Atalanta" - "Yuventus"

31 yanvar
"İnter" - "Latsio"

Bütün xəbərlər Facebook səhifəmizdə