Həbib Nurmagomedov və Konor Makqreqor arasında yeni razılaşma

Həbib Nurmagomedov və Konor Makqreqor arasında yeni razılaşma

MMA döyüşçüləri rusiyalı Həbib Nurmagomedov və irlandiyalı Konor Makqreqor oktyabrda “UFC 229” turnirində baş vermiş dava hadisəsi ilə bağlı Nevada (ABŞ) ştatının rəhbərliyi ilə razılığa gəliblər. TASS agentliyi xəbər verir ki, döyüşçülər çərşənbə günü ştatın Atletika Komissiyasının (NSAC) bu hadisə ilə bağlı dinləmələrin keçiriləcəyi iclasına qatılmayacaqlar. Razılıqla bağlı detallar tam açıqlanmır. Məlumata görə, işə 5 nəfərdən ibarət komissiya baxacaq.

Xatırladaq ki, oktyabrın 6-da MMA-ın “UFC 229” kateqoriyası üzrə ən güclü idmançıları hesab edilən rusiyalı Həbib Nurmagomedov və irlandiyalı Konor Makqreqor arasında döyüş keçirilib. Nurmagomedov 4-cü raundda irlandiyalı rəqibini boğucu fəndə salaraq məğlub edib və yüngül çəkidə öz UFC çempionu titulunu qoruyub.

Döyüşdən sonra Həbib Nurmagomedovla Makreqorun komandası arasında dava düşüb. Mühafizəçilərin müdaxiləsindən sonra onları bir-birindən ayırmaq mümkün olub. Eyni zamanda, rinqdə də Nurmagomedovun mühafizəçilərindən biri ilə Makqreqor arasında əlbəyaxa dava baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə