“Neftçi” Qarabağ"la oyunun hazırlığına start verib

“Neftçi” Qarabağ"la oyunun hazırlığına start verib

"Neftçi” Topaz Premyer Liqasının 15-ci turunda qarşılaşacağı "Qarabağ” ilə oyunun hazırlığına başlayıb. Klubun saytında yer alan məlumatda deyilir ki, Antalya toplanışından sonra fasiləyə buraxılan komanda bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb. Məşqdə toplu və texniki-taktiki çalışmalar yerinə yetirilib. Hazılrıq sabah bir məşqlə davam edəcək.

Qeyd edək ki, fevralın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ” – "Neftçi” oyunu saat 18:30-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə