Xorvatiya millisinin üzvü "Sevilya"da!

Xorvatiya millisinin üzvü "Sevilya"da!

"Sevilya" futbol klubu, heyətini daha bir futbolçu ilə gücləndirib. Klubun rəsmi saytında yer alan məlumata görə, "Napoli"nin yarımmüdafiəçisi Marko Roq heyətə cəlb edilib.

Xorvatiya millisinin üzvü əndəlüs klubunda icarə əsasında çıxış edəcək. Mövsümün sonuna qədər "Sevilya"da oynayacaq futbolçunun birdəfəlik transferi gündəmə salınmayıb və o, yayda "Napoli"yə qayıdacaq. 2016-cı ildə Zaqreb "Dinamo"sundan 15 milyon avroya transfer olunan Marko Roq bu mövsüm A seriyasında meydana çıxdığı 9 oyunda 1 qola imza atıb.

Qeyd edək ki, Roqun şərəfini qoruduğu Xorvatiya yığması AVRO-2020-nin seçmə qrup mərhələsi çərçivəsində ilk oyununu martın 21-də Azərbaycan millisinə qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə