"Səbail"in rəsmi saytı istifadəyə verilib - FOTO

"Səbail"in rəsmi saytı istifadəyə verilib - FOTO

Premyer Liqamızın daha bir təmsilçisinin rəsmi saytı istifadəyə verilib. SİA-nın məlumatına görə, bu, ardıcıl 2-ci mövsümdür yüksək liqada çıxış edən "Səbail" klubudur.

Sabailfc.az linki ilə Bakı klubunun rəsmi saytına daxil olmaq mümkündür. Bununla da Premyer Liqamızın bütün klublarının (8 klub) rəsmi saytı olub.

Qeyd edək ki, bunadək debütant "Sabah"ın saytı - yanvarın 23-də hazır olaraq istifadəyə verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə