Uzun müddətdir hücumçu axtaran "Qalatasaray" yeni transferə yaxındır. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "sarı-qırmızılar" "Kasımpaşa"nın hücumçusu Mbaye Dianeni transfer etmək üzrədir. "Kasımpaşa" seneqallı futbolçu üçün 12 milyon avro təzminat alacaq. Kiçik detalların həllindən sonra, "Qalatasaray" 27 yaşlı hücumçunun transferini rəsmən açıqlayacaq.
Qeyd edək ki, Diane ötən ildən "Kasımpaşa"da oynayır. Seneqal millisinin üzvü cari mövsüm Super Liqada 17 oyuna 20 qol vurmaqla çempionatın bombardiridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB