"Zenit"in futbolçusu PSJ-də

PSJ yarımmüdafiə xəttinə yeni futbolçu alıb. SİA-nın məlumatına görə, Paris klubu "Zenit"in futbolçusu Leandro Paredesi transfer edib. Bu keçid paytaxt təmsilçisinə 40 milyon avroya başa gəlib. Argentina millisinin üzvü ilə 2023-cü ilin yayına kimi müqavilə imzalanıb.

Qeyd edək ki, "Zenit" 24 yaşlı yarımmüdafiəçini 2017-ci ildə "Roma"dan 23 milyon avroya transfer etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə