FİFA "Çelsi"ni cəzalandıra bilər

FİFA "Çelsi"ni cəzalandıra bilər

FİFA "Çelsi"ni cəzalandıra bilər. SİA xarici mətbuata istinadən verdiyi məlumatına görə, London klubu gənc futbolçularla bağlı transfer qaydalarını pozmaqda günahlandırılır. Qitə futbol qurumu londonluların 18 yaşlı oyunçularla bağladığı 100 müqaviləni araşdırır. Qaydalara görə, klublar tam transferini həyata keçirdikləri, həmçinin valideynləri müxtəlif səbəblərdən emiqrant olan 18 yaşlı futbolçularla müqavilə bağlamaq hüququna malikdir.

"Çelsi" qaydaları pozmadığını bildirib. Klubun nümayəndəsi deyib ki, gənc futbolçuların hamısı klubun akademiyasında baxışdan keçib və bütün sövdələşmələr qısamüddətli olub. "Çelsi"nin günahı sübut edilsə, “zadəganlar” transfer qadağası ilə üzləşə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə