Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Odina Əliyeva İtaliya çempinatında növbəti oyununu keçirib. SİA-nın məlumatına görə, hücumçumuzun şərəfini qoruduğu "Chieri" 17-ci turda "Monza"nı qəbul edib.
Görüş meydan sahibləri üçün uğursuz başlayıb və qonaqlar ilk seti öz aktivlərinə yazdırıblar. Bundan sonra daha yaxşı oynayan "Chieri" ümumi hesabı bərabərləşdirib. Lakin bu, voleybolçumuzun komandasının matçda qazandığı yeganə set olub. 4 hissə davam edən qarşılaşmada O.Əliyeva və rəfiqələri 1:3 (19:25, 27:25, 20:25, 22:25) hesabı ilə uduzblar.
"Chieri"nin xalsız qaldığı görüşdə Odina Əliyeva əvəzetmə ilə oynayıb. Kapitanımız meydanda olduğu müddətdə 4 dəfə fərqlənib. O, bu xallardan 3-nü hücumda, 1-ni isə blokda qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB