Antonio Konte Milan "İnter”ini çalışdıra bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 50 yaşlı italiyalı mütəxəssis cari mövsüm başa çatdıqdan sonra Luçano Spallettini əvəzləyəcək. Klub rəhbərliyi "neradzurra"nın Çempionlar Liqasında qrupdan çıxa bilməməsindən və İtaliya A seriyasında çempionluq yarışında lider "Yuventus”dan 19 xal geri qalmasından narazıdır.
Qeyd edək ki, "İnter” XXI turdan sonra 40 xalla 3-cü yerdədir. Konte ötən mövsümün sonunda İngiltərənin "Çelsi” komandasından ayrılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB