Neymar martın sonuna kimi futboldan uzaq qalacaq

Neymar martın sonuna kimi futboldan uzaq qalacaq

PSJ-nin zədəli futbolçusu Neymarın son durumu müəyyənləşib. "L'Équipe" nəşri yazır ki, 26 yaşlı hücumçunun onun martın sonuna kimi yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Bu isə o deməkdir ki, braziliyalı oyunçu Çempionlar Liqasının 1/8 finalında "Mançester Yunayted"lə hər iki görüşü buraxacaq. Qeyd edək ki, Neymar Fransa kubokunun 1/16 finalında "Strasburq"a qarşı matçda zədələnib.

Bütün xəbərlər Facebook səhifəmizdə