Yanvarın 16-dan fevralın 6-dək Rusiya Dövlət Sosial Universitetinin auditoriyalarında ənənəvi VII "Moskow Open" beynəlxalq şahmat festivalı keçiriləcək.
Festivalın proqramına əhəmiyyətli dəyişikliklər edilib. Əvvəlcə, turnir çərçivəsində müstəqil yarışların sayı artaraq 9-a çatıb. İkincisi, ilk dəfə dairəvi sistemlə iki qrossmeyster turniri keçiriləcək.
Festivalın əsas hadisələrindən biri yeni yarış – 10 gənc qrossmeysterin beynəlxalq turniri olacaq. Həmin turnirdə Azərbaycanı beynəlxalq qrossmeyster Eltac Səfərli təmsil edəcək. E.Səfərlidən başqa bu turnirə Yevgeni Alekseyev, Ernesto İnarkiyev, Boris Qraçov, Sənan Syugirov, Aleksandr Rəhmanov, Nikolay Çadayev, Mixail Krılov (Rusiya), Yuri Kuzubov (Ukrayna), Robert Hess (ABŞ), Sergey Jiqalko və İvan Çeparinov (Bolqarıstan) qatılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə