"Milli komandanın baş məşqçisi postuna əcnəbi məşqçilər namizəddir"
AFFA-nın baş katibi Elxan Məmmədovun müsahibəsi
- Deyilənlərə görə, millimizin qarşısına Avropa çempionatının final mərhələsinə çıxmaq məqsədi qoyulduğu üçün heç bir mütəxəssis Azərbaycan yığmasında çalışmaq istəmir. Bu, həqiqətən belədi? Ümumiyyətlə, bu qrupdan çıxmağımız realdımı?
- 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin startına 2 aydan da az vaxt qalır, millinin baş məşqçisi vəzifəsi isə hələ boşdu. Sizcə, təyinat gecikmir?
- Milli komandalarda yaxşı nəticə əldə etmiş məşqçilər arasında hazırda işsiz olanları çox azdı. Əvvəlki təyinatlar zamanı İcraiyyə Komitəsi məşqçinin uzun müddət böyük millilərdə çalışdığın nəzərə alırdı. Məsələn, Berti Foqts kimi mütəxəssis Almaniya millisində uzun müddət çalışıb və nəticə qazanıb. Daha sonra Küveyt, Nigeriya milliləri də onun rəhbərliyi altında çıxış edib. Təcrübəli mütəxəssis olduğuna görə, seçim onun lehinə edilmişdi. Robert Prosineçkiyə gəldikdə, tanınmış futbolçu olmuşdu, amma baş məşqçi kimi potensialını Azərbaycanda açdı. Buraya gələnə qədər köməkçi-məşqçi, daha sonra Türkiyənin “Kayserispor” klubunda bir il baş məşqçi kimi fəaliyyət göstərmişdi. Millimizə təyinatına qədər Slaven Biliçlə birgə Xorvatiya millisində çalışmışdı. Onun təyinatı zamanı bir qədər risk etdik və bu risk müsbət nəticəsini verdi. Milli komanda tarixində rekord sayda xal topladı. Hazırda da milli komandanın baş məşqçisi postuna əcnəbi məşqçilər namizəddi. İstərdik ki, həmin məşqçinin təyinatı yanvarın sonuna qədər reallaşsın. Namizədləri təhlil edirik, çalışırıq ki, səhv seçim etməyək.
- Gecikmənin əsas səbəbi nədi? Tələblərin üst-üstə düşməməsi, yoxsa maddi məsələlər?
- Bu günə qədər danışıq apardığımız məşqçilərin heç birindən tələblərimizlə bağlı mənfi cavab almamışıq. Danışıq apardığımız mütəxəssislərdən hansınınsa komandanın qarşısına qoyulan məqsədlə bağlı geri çəkildiyinin şahidi olmamışıq. Təbii ki, müqavilənin maddi tərəfi hər bir məşqçi və bizim üçün maraqlıdı. Elə məşqçilər var ki, biz də onların millədə işləməsinin tərəfdarıyıq. Ancaq bilirik ki, onlarla danışıqlara başlasaq da, razılıq əldə olunmayacaq. Çünki həmin məşqçilər böyük yığmalardan və klublardan təklif gözləyirlər.
- 21 yaşadək futbolçulardan ibarət yığmaya serbiyalı mütəxəssis Milan Obradoviç gətirildi. Əsas komandaya təyinat zamanı bu amil rol oynaya bilərmi?
- Təcrübə göstərir ki, milli komanda gənclər yığmasından ayrı olmalıdı. Əlbəttə, qarşılıqlı iş münasibətləri istisnadı. Ancaq təyinatlar bir-birinə bağlı olmamalıdı. Çünki hər bir komandanın məqsədi fərqlidi. Milli komandanın üzün müddətli hazırlıq keçməsi və bir neçə ildən sonra nəticə qazanmalı olması düzgün yanaşma deyil. Bu gün hər yerdə iş başında nəticə qazanan məşqçilərdi. Gənclərdə isə yaş məhdudiyyəti var. Ola bilər, hansısa məşqçi komandasına bir qədər gənc futbolçuları dəvət etsin və növbəti tsikldə yaxşı nəticə əldə etsin. Ancaq bunu əsas milli komandaya şamil etmək olmaz. Çünki əsas milli komandaya yaşından asılı olmayaraq, ölkənin ən güclü futbolçuları dəvət olunur. Milli komanda klubdan da fərqlidir. Kluba transfer pəncərəsi zamanı müxtəlif ölkələrdən yeni futbolçular dəvət edə, zəif mövqeləri gücləndirə bilərsən. Ancaq milli komandada bunu etmək mümkün deyil. Ən yaxşı halda, heyətin 10 faizini dəyişmək imkanın olur. Bu, əksər ölkələrdə belədi. Misal çəkə bilərsiz ki, bəzi ölkələrdə baş məşqçilər 10 ilə yaxındı işləyir. Həmin məşqçilər nəticələrini addım-addım yaxşılaşdırdığına görə, uzun müddətdi ki, orda çalışır. Nəticə yaxşı olmayanda isə məşqçi ilə müqaviləyə xitam verilir. Yenə deyirəm, gənclərdən ibarət yığma komandaların baş məşqçilərinin təyinatının əsas millinin baş məşqçinin təyinatına birbaşa aidiyyatı yoxdu.
- Namizədlərin siyahısını tərtib edərkən hansı kriteriyalar nəzərə alınır: beynəlxalq yarışlarda uğurlu nəticələr qazanmış məşqçi, təcrübəli, yoxsa Azərbaycan kimi kiçik yığmalarda işləməyi bacaran çalışdırıcı?
- Əsas məqsəd odu ki, millimiz Avro-2020-yə vəsiqə qazanmağa daha yaxın olsun. Başa düşürük ki, çətin qrupda yer almışıq, xal qazanmaq baxımından komandaların sayı da azdı. Bu da gələcək məşqçi üçün məsuliyyətli addımdı. Lakin hər bir məşqçi ilə söhbətimiz zamanı qeyd edirik ki, AVRO-2020-nin 3 qrup, bir 1/4 final mərhələsinin oyunu Bakıda keçiriləcək və biz bu futbol bayramını öz yığmamızın iştirakı ilə yaşamaq istəyirik.
- Baş məşqçidən əsas tələb nə olacaq? Mümkün qədər çox xal toplamaq, yoxsa gələcəyin komandasını formalaşdırmaq?
- Gələcəyin komandasını formalaşdırmaq da vacib məsələdi. Amma bizim millidə nəsildəyişmə prosesi 30-35 faiz futbolçuya aiddi. Qlobal dəyişiklik olmayacaq. Biz bu prosesi Berti Foqtsun dövründə keçdik. Növbəti belə proses adətən 8-10 ildən sonra baş verir. Bu baxımdan ciddi dəyişikliyin olacağına inanmırıq. Bu məsələ ilə bağlı gənclərdən ibarət yığma komandaların məşqçiləri də məsuliyyət daşıyır. Onlar əsas milli üçün ehtiyat qüvvə yetişdirməlidirlər.
- Ola bilərmi ki, mərhələnin ilk matçına komandanı müvəqqəti olaraq Məşqçilər Komitəsinin nəzarəti ilə yerli mütəxəssis çıxarsın?
- Bunu deyə bilmərəm. Qərarı İcraiyyə Komitəsi verəcək. İnanmıram ki, o vaxta qədər məşqçi təyin olunmasın. Niyə inanmıram? Çünki martdakı oyundan sonra növbəti qarşılaşmaya qədər bizim cəmi 2 ay vaxtımız qalacaq. Bu da böyük zaman deyil. Təyinat nə qədər geciksə də, Xorvatiya ilə oyuna milli komandamızı yeni baş məşqçinin çıxaracağına inanıram.
- Avropa Liqasının finalı, Avropa çempionatının final mərhələsinin Bakıya salınması möcüzəyə bənzəyir. Xüsusən, AÇ-2020. Demək olar ki, dünya praktikasında Azərbaycan kimi kiçik və futbolu zəif ölkələrdə bu cür mötəbər yarışlar olmayıb. Bunu necə bacardız?
- Tamamilə razıyam, Avropa Liqasının finalını qəbul etmək bizim üçün bir möcüzə kimi görünürdü. Artıq bu möcüzə mayın 29-da Bakıda gerçək olacaq. Avropanın ikinci ən nüfuzlu klub turnirinin finalı ölkəmizə böyük təcrübə qazandıracaq, müsbət emosiyalar gətirəcək. Bakını seçməkdə ən böyük səbəb Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin böyük dəstəyinin olmasıdı. UEFA prezidentinə, İcraiyyə Komitəsinin üzvlərinə, eləcə də texniki qrupa bizim tender sənədlərə baxan zaman əsas təsiredici məqam ölkə başçısının bizə verdiyi dəstək oldu. Digər namizədlərin də güclü tender sənədləri var idi. Ancaq UEFA üçün ölkə başçısının dəstəyi birbaşa təsiredici amildir. Bizdə də bu var. Tender sənədlərini AFFA rəhbərliyi UEFA prezidenti və İcraiyyə Komitəsinin üzvləri ilə təyin olunmuş vaxtda görüşərək təqdim etdi. Bu bizim üçün böyük təcrübə olacaq. AVRO-2020-nin oyunları isə növbəti bir futbol festivalına çevriləcək.
- Bəlli məsələdi ki, əsas problem uşaq futbolundadı. Klublar illərdi xeyli pul xərcləsə də, normal futbolçu yetişdirə bilmir. Sizcə, bunun səbəbi nədədi? Süni meydançalar, savadsız uşaq məşqçiləri, yoxsa genetikamız?
- Hərdən bu cür ifadələr də eşidirik ki, mütəxəssislər deyirlər futbolçu yoxdu, uşaqlar arasında seçim imkanı azdı. Özüm də hər bir layihəyə tənqidi yanaşıram. Baxıram ki, hansı mənfi tərəfləri var. Çalışırıq ki, layihənin mənfi tərəflərini müsbətə çevirək, futbolumuza xeyir verək. Heç kim iddia etmir ki, futbol təsərrüfatında hər şey mükəmməldi. Təbii ki, inkişafdan danışırıqsa, o deməkdi ki, çatışmazlıq var. Ancaq futbolçularımızın sayının az olması ilə bağlı fikirlərlə razılaşmıram. Premyer Liqada 14 komanda oynayan vaxtlarda da milliyə ümumilikdə 50-60 futbolçu namizəd göstərilirdi, daha sonra onlardan 35-40 nəfəri seçilirdi. Axırda isə baş məşqçi 25 nəfərə dəvət göndərirdi. Hazırda da belədi. 14, 12 komanda oynayan illərdə limit yox idi. Nəticədə oynayan yerli futbolçuların sayı çox az idi. Hətta 3 komanda var idi ki, heyətində meydana bəzən orta hesabla 1 yerli futbolçu çıxırdı. Bunu bəzən unuduruq. AFFA ancaq milli komanda ilə məşğul deyil, futbolun təhlilini, statistikasını aparır. Əgər 3 komandada 1, digərlərində isə orta hesabla 3 azərbaycanlı futbolçu oynayırdısa, deməli, vəziyyət indikindən daha pis idi. Hazırkı limitə görə minimum 5 yerli futbolçu oynayır, bu da 8 komandalı çempionatda ən azı 40 futbolçunun meydana çıxmasına şərait yaradır. Hətta “Sumqayıt” klubun üzvləri tamamilə yerli futbolçulardan ibarətdir. Bu isə say artımına gətirib çıxarır. Bəziləri limitin tətbiqi zamanı sağlam rəqabətin olmadığını qabarda bilər. Ancaq sağlam rəqabət olanda da klublarımız əcnəbi futbolçulara üstünlük verirdilər. Hazırda tətbiq edilən limitin yaxşı olduğunu düşünürəm və bu nəticəyə mərhələ-mərhələ gəlmişik. Əvvəllər limit yox idi, sonra 7+4 tətbiq etdik. Ardınca 6+5 (5 yerli) limitinə üstünlük verdik. İndiki limitdə isə bir gənc futbolçunun meydanda olması da tələbdir. İcraiyyə Komitəsinin iclasında bu məsələ mütəmadi müzakirə olunsa da, heç bir dəyişiklik edilmir. Klublar Komitəsində də bu məsələ bir klub tərəfindən qaldırılmışdı, ancaq digər klublara limit saxlanılmasının tərəfdarı olduqlarını bildirdilər.
Bir qədər dərindən araşdıraq. Hazırda klublarımız təlim-məşq toplanışlarındadırlar. Səbirsizliklə klubların akademiyalarından neçə futbolçunu əsas komandaya cəlb edəcəyini gözləyirəm. Bizdə klublarımız daha çox legionerlərin dəvət olunmasında maraqlıdırlar. Arzum akademiyaların yetirmələri barədə də legionerlər qədər çox danışılmasıdı. Hazırkı çempionatın əvvəlində bəzi komandaların gənc futbolçulara üstünlük verdiklərini də müşahidə edirik. Ad çəkmək istəmirəm, 8 klubdan 3-ü bu baxımdan seçilir. Əlbəttə, bu sevindirici haldır. Həmin gənc futbolçuların təbliğatını aparmaq lazımdır ki, digərləri üçün nümunə olsun. Məşqçilərə gəldikdə, təhsil qrupu yaratmışıq. C və B kurslarından başqa, UEFA ilə birgə A və Pro kursları təşkil edirik. Kurslarda təhsil alan məşqçilərin əksəriyyəti iş başındadırlar. Deməli, həmin mütəxəssislər öz üzərlərində çalışırlar. Uşaq komandalarında işləyən məşqçilərə gəldikdə, UEFA-nn təlimatçılarını dəvət edirik və treninqlər keçirirlər, məşqçilər üçün kitablar hazırlanır. Bu yaxınlarda “Məktəblərdə futbol dərsi” layihəsində çalışan məşqçilər üçün yeni tədris vəsaiti hazırlanıb onlara təqdim olundu. Öyrəndiklərini tətbiq etmək isə məşqçiləri məsuliyyətidir. Bu gün kursda öyrəndikləri ilə kifayətlənmək olmaz. İstənilən sahənin inkişafı nəticəsində yeni metodlar, üsullar ortaya çıxır. Buna görə də məşqçilərimiz yeniliklərlə tanış olmaq üçün əlavə qaynaqlardan da istifadə etməli, mütaliə etməlidirlər.
Mənbə: Matc.az
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 15 Oktyabr 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 15 Oktyabr 17:52Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb - YENİLƏNİB
Siyasət 15 Oktyabr 17:428 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
Sosial 15 Oktyabr 17:33Kobaxidze Ermənistana səfər edib
Dünya 15 Oktyabr 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 15 Oktyabr 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 15 Oktyabr 17:02“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Hadisə 15 Oktyabr 16:35Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Siyasət 15 Oktyabr 16:34Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 15 Oktyabr 16:34Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - YENİLƏNİR
Siyasət 15 Oktyabr 16:32“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 15 Oktyabr 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları üçün ilk yardım təlimi keçirilib
Səhiyyə 15 Oktyabr 15:38Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər
Siyasət 15 Oktyabr 15:25Azərbaycan–Laos münasibətləri: yeni əməkdaşlıq perspektivləri - MƏQALƏ
Siyasət 15 Oktyabr 15:22Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı
İqtisadiyyat 15 Oktyabr 15:20“Azərbaycanda İslam ərəb geyimi ilə deyil, milli-mənəvi dəyərlərlə yaşadılır” - ŞƏRH EDİLDİ
Siyasət 15 Oktyabr 15:10Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 15 Oktyabr 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 15 Oktyabr 14:50“Azərbaycan beynəlxalq münasibətlər sistemində öz mövqeyini gücləndirir” - DEPUTAT
Siyasət 15 Oktyabr 14:40Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
İdman 15 Oktyabr 14:38Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 15 Oktyabr 14:37Sahibə Qafarova və İqor Sergeyenko parlamentlərarası əlaqələri müzakirə ediblər
Siyasət 15 Oktyabr 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 15 Oktyabr 14:35Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - YENİLƏNİB - FOTOLAR
Siyasət 15 Oktyabr 14:31Gəlin qardaş-qardaşa danışaq... - OKAN MÜDƏRRİSOĞLU YAZIR
Siyasət 15 Oktyabr 14:16“Prezidentin siyasətində milli təhlükəsizlik əsas prioritetdir” - ŞƏRH
Siyasət 15 Oktyabr 14:13“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 15 Oktyabr 14:03AQEM: Azərbaycanın fəal çoxtərəfli diplomatiyası - DEPUTAT
Siyasət 15 Oktyabr 14:02Havanın tez-tez dəyişməsi oynaq xəstəliklərini həqiqətən aktivləşdirirmi? - HƏKİM AÇIQLADI
Səhiyyə 15 Oktyabr 14:00Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
İdman 15 Oktyabr 13:56Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 15 Oktyabr 13:55"Dünyaya açıq gənc nəsil yad təsirlərə qarşı ən etibarlı müdafiədir" - ŞƏRH
Siyasət 15 Oktyabr 13:55Suriyadan repatriasiya olunan 13 Azərbaycan vətəndaşının vəziyyəti öyrənilib
Hadisə 15 Oktyabr 13:53“Son 9 ay ərzində 65 kənddə elektirik xətlərinin yenilmənməsi prosesi tamamilə yekunlaşıb“
İqtisadiyyat 15 Oktyabr 13:51"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 15 Oktyabr 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 15 Oktyabr 13:46“Azərbaycanın iqtisadi potensialı beynəlxalq tərəfdaşlıqları gücləndirir” - DEPUTAT DANIŞDI
Siyasət 15 Oktyabr 13:40"Azərbaycanın müstəqil siyasəti bəzi dövlətlərlə münasibətlərdə gərginlik yaradır" - ŞƏRH EDİLDİ
Siyasət 15 Oktyabr 13:36NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib
Hadisə 15 Oktyabr 13:21BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 15 Oktyabr 13:20Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
Siyasət 15 Oktyabr 13:19Borca görə həbs qoyulan avtomobili satmaq və ya başqasına keçirmək olarmı? - HÜQUQŞÜNAS DANIŞDI
Sosial 15 Oktyabr 12:54“ABŞ-da aralıq seçkilər Tramp administrasiyasının siyasi gələcəyinə təsir edə bilər“ - ŞƏRH
Siyasət 15 Oktyabr 12:52Zakir Həsənov qırğız həmkarı ilə əməkdaşlığı müzakirə edib
Siyasət 15 Oktyabr 12:52Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 15 Oktyabr 12:51Dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 165 milyon manatdan çox vəsait köçürülüb
İqtisadiyyat 15 Oktyabr 12:50"Vahid məktəbli forması təhsil müəssisələrində bərabərlik anlayışını gücləndirməlidir" - Aygün Bağırlı
Mədəniyyət 15 Oktyabr 12:50Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib
Siyasət 15 Oktyabr 12:45Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 15 Oktyabr 12:44Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır - Prezident
Siyasət 15 Oktyabr 12:41Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb
Siyasət 15 Oktyabr 12:40Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...
Siyasət 15 Oktyabr 12:12“Azərbaycanda bank sektorunda təmərküzləşmə səviyyəsi son dörd ildə azalıb“ -ŞAHİN MAHMUDZADƏ
Siyasət 15 Oktyabr 11:59Özəl xəbərlər
Digər xəbərlər“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



