“Monako” portuqaliyalı futbolçunu icarəyə götürüb

“Monako” portuqaliyalı futbolçunu icarəyə götürüb

Fransanın “Monako” klubu “Atletiko Madrid”lə Jelson Martinsin icarəsi barədə razılığa gəlib. 23 yaşlı portuqaliyalı yarımmüdafiəçi cari mövsümün sonunadək “Monako”ya icarəyə verilib. Jelson Martins ilk debütünü Portuqaliyanın “Sportinq” klubunda edib. Yarımmüdafiəçi cari mövsümdə “Atletiko”nun heyətində 12 oyunda 1 dəfə rəqib qapısına yol tapıb.

Qeyd edək ki, Martins “Atletiko Madrid” klubu ilə 2018-ci ildə UEFA Superkubokunu qazanıb. Yarımmüdafiəçi Portuqaliya millisinin heyətində 2017-ci ildə Konfederasiyalar Kubokunda və 2018-ci ildə dünya çempionatında iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə