İtaliyanın “Yuventus” futbol klubunun müdafiəçisi Leonardo Bonuççi zədələnib. Klubun saytında yer alan məlumata görə, 31 yaşlı müdafiəçi İtaliya çempionatının 21-ci turunda “Latsio” ilə oyunun 41-ci dəqiqəsində sağ ayağından zədələnib. Müdafiəçini Corco Çellini əvəz edib. Onun bərpa müddəti barədə klub rəsmilərindən mətbuata heç bir məlumat verilməyib.
Qeyd edək ki, Bonuççi “Yuventus”un heyətində cari mövsümdə 25 oyunda 1 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB