XV turun bütün qarşılaşmaları bir dəqiqəlik sükutla başlayacaq

XV turun bütün qarşılaşmaları bir dəqiqəlik sükutla başlayacaq

Topaz Premyer Liqada 2018-2019 mövsümünün ikinci yarısının ilk turu bir dəqiqəlik sükutla başlayacaq. SİA-nın məlumatına görə, bu, “Qarabağ” klubunun təsisçilərindən olan sabiq futbolçu və baş məşqçi Adil Nadirovun dünyasını dəyişməsi ilə əlaqədardır.

XV turun bütün qarşılaşmalarında A. Nadirovun xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq. Artıq Peşəkar Futbol Liqası bununla bağlı qərar qəbul edib.

Qeyd edək ki, 15-ci turun oyunları 2-3 fevralda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə