“Keşlə” ukraynalı futbolçu transfer edib

“Keşlə” ukraynalı futbolçu transfer edib

“Keşlə” baxışa dəvət etdiyi ukraynalı yarımmüdafiəçi Valeri Kutsenko ilə müqavilə imzalamağa qərar verib. SİA-nın məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Kutsenko 2015-ci ildə Tərlan Əhmədovun rəhbərliyi altında AZAL-da oynayıb. "Obolon", "Krivbass", "Dinamo" (Brest), "Vorskla", "Minsk" "Çernomorets" kimi komadanlarda çıxış edən Valeri son olaraq, Moldova “Sperantsa”sında top qovub.

Bütün xəbərlər Facebook səhifəmizdə