"Sumqayıt"ın hazırlıq planı müəyyənləşib

"Sumqayıt"ın hazırlıq planı müəyyənləşib

"Sumqayıt"ın Topaz Premyer Liqasının XV turuna hazırlıq planı müəyyənləşib. SİA-nın məlumatına görə, mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan sumqayıtlılar Antalya toplanışını başa vuraraq Vətənə qayıdıblar.

Komanda iki günlük istirahətdən sonra bir araya gələcək. "Gənclik şəhəri” təmsilçisi yanvarın 29-dan etibarən XV turda baş tutacaq "Qəbələ" ilə oyunun hazırlıqlarına start verəcək.

Qeyd edək ki, "Sumqayıt” fevralın 3-də səfərdə "Qəbələ”nin qonağı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə