“Trabzonspor” səfərdə xal itirib

“Trabzonspor” səfərdə xal itirib

Futbol üzrə Türkiyə Superliqasının XIX turunda turnir cədvəlində beşinci pillədə qərarlaşan “Trabzonspor” komandası səfərdə “Sivasspor” ilə qarşılaşıb.“Yeni Sivas 4 Eylül” stadionunda baş tutan görüş qarşılıqlı hücumlar şəraitində keçsə də, oyunda qalib müəyyənləşməyib.

Oyunda 73-cü dəqiqədə “Sivasspor”un hücumçusu Arouna Kone hesabı açıb. Lakin qonaqlar 2 dəqiqə sonra Abdulqadir Parmakın vurduğu qolla hesabı bərabərləşdirə biliblər. Bu bərabərlik sayəsində “Trabzonspor” xallarının sayını 30-a çatdıraraq turnir cədvəlində beşinci pilləyə yüksəlib. İstanbul təmsilçisi lider “Başakşəhər”lə arasındakı xal fərqini səkkizə salıb.

Bütün xəbərlər Facebook səhifəmizdə