"Roma" səfərdə xal itirdi

Futbol üzrə İtaliya A Seriyasında 21-ci turun oyunları keçirilir. Bu tur çərçivəsində keçirilən daha bir qarşılaşmada "Roma" səfərdə "Atalanta"nın qonağı olub. "Canavarlar" səfər matçının ilk hissəsində 3 qolla hesabda irəli çıxsalar da, meydan sahibləri ikinci hissədə hesabı bərabərləşdirməyi bacarıblar.

“Atalanta” – “Roma” - 3:3
Qollar: Dzeko, 3 (0:1), 33 (0:2), El-Şaravi, 40 (0:3), Kastanye, 44 (1:3), Toloi, 59 (2:3), Zapata, 71 (3:3)

Qeyd edək ki, bu heç-heçədən sonra "Roma" 34 xalla 5-ci, "Atalanta" 32 xalla 7-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə 56 xalla "Yuventus" başçılıq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə