"Neftçi" təlim-məşq toplanışı keçmək üçün artıq Türkiyənin Antalya şəhərindədir. Siasport.az saytı xəbər verir ki, türkiyəli mütəxəssis Mehmet Ak təlim-məşq toplanışında flaqmanın fiziki hazırlıq üzrə təlimlərində "Neftçi"yə yardım edəcək.
Xatırladaq ki, bir neçə gün əvvəl "Qalatasaray"ın düşərgəsində olan flaqmanın baş məşqçisi Arif Əsədov qardaş ölkədə Mehmet Akla görüşüb, fikir mübadiləsi də aparmışdı. Əgər türkiyəli məşqçinin işi "Neftçi" rəhbərliyini və məşqçilər korpusunu razı salsa, onunla işbirliyinin davam etdirilməsinə baxılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB