Erməni şahmat ustası Qarri Kasparov Almaniyanın dünyaca məşhur mətbuat orqanı "Frankfurter" qəzetinə müsahibəsində Azərbaycanı Rusiya ilə müqayisə edib. Siasport.az saytı xəbər verir ki, Q.Kasparov Rusiyada şahmatın inkişafı üçün həvəs və cəhd olmadığını bildirib: "Söhbət biznesdən, bu sahəyə ayrılan maliyyədən gedir, istedadlara göstərilən köməkdən yox. 8-18 yaşlı idmançıların Dünya Çempionatında Rusiyadan bütün ölkələrdən çox idmançı iştirak edirdi. Ancaq bir dənə də olsun qızıl medal qazanılmadı. Azərbaycan isə 3 qızıl medal qazandı. Rusiyada hakimiyyət intelektə diqqət ayırmır. Azərbaycanda isə hazırda vəziyyət başqa cürdür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB