"Qəbələ" macar klubunu məğlub edib

"Qəbələ" macar klubunu məğlub edib

Türkiyədə təlim-məşq toplanışında olan "Qəbələ" sonuncu yoxlama matçını keçirib. "Qırmızı-qaralar" Macarsıtanın MTK klubu ilə qarşılaşıb. Əlverişsiz hava şəraiti ilə bağlı görüş əvvəlcədən nəzərdə tutulduğu kimi 19:00-da yox, 20 dəqiqə gecə başlayıb. "Qəbələ" 2 dəfə hesabda geri düşdüyü matçda əzmkar qələbə qazanıb - 3:2.

Qeyd edək ki, "Qəbələ" Antalya toplanışı çərçivəsində buna qədər Almaniya "Mappen"inə uduzub (1:2), Rusiya "Yenisey"i ilə heç-heçə edib (2:2).

Bütün xəbərlər Facebook səhifəmizdə