“Borussiya” doğma meydanda qalib gəlib

“Borussiya” doğma meydanda qalib gəlib

Futbol üzrə Almaniya Bundesliqasında 19-cu turun oyunları davam edir. Lider “Borussiya” (Dortmund) doğma meydanda “Hannover”in qapısından 4 top keçirib. “Maynts” evdə “Nürnberq”i, Münhenqladbax “Borussiya”sı isə “Auqsburq”u üstələyib. “Bayer” və “Hoffenhaym” klubları isə səfərdə seviniblər.

Günün son oyunu “Verder” və “Ayntraxt” komandaları arasında olacaq. Tura sabah keçiriləcək 2 qarşılaşma ilə yekun vurulacaq. Qeyd edək ki, turnir cədvəlinə 48 xalla “Borussiya” başçılıq edir. Liderdən 1 oyun az keçirən “Bavariya” 39 xalla ikincidir. Münhenqladbax “Borussiya”sı isə 39 xalla 3-cüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə