Futbol üzrə Türkiyə Superliqasının XIX turunda turnir cədvəlində ikinci pillədə qərarlaşan “Qalatasaray” komandası səfərdə “Göztəpə” ilə qarşılaşıb. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda İstanbul komandası rəqibinə 1:0 hesabı ilə qalib gəlib.
Oyunda yeganə topu “Qalatasaray”ın braziliyalı müdafiəçisi Marianonun ötürməsindən sonra komandanın hücumçusu Sinan Gümüş 72-ci dəqiqədə rəqib qapısından keçirib - 1:0. Bu, onun cari çempionatda vurduğu dördüncü qolu olub. Meydan sahiblərinin heyətində 57-ci dəqiqədə Celso Borges penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.
Bu qalibiyyət sayəsində baş məşqçi Fatih Terimin yetirmələri xallarının sayını 35-ə yüksəldib və turnir cədvəlindəki ikinci pillədəki mövqeyini möhkəmləndirib. İstanbul təmsilçisi lider “Başakşəhər”lə arasındakı xal fərqini üçədək azaldıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB