"Zirə"dən növbəti transfer

"Zirə" növbəti transferini həyata keçirib. "Botswana Football"un yazdığına görə, Bakı klubu Botsvana millisinin üzvü Rudolf Mfo Kqasvanenini heyətinə cəlb edib. 29 yaşlı yarımmüdafiəçi ilə bu mövsümün sonuna kimi müqavilə imzalanıb. "Zirə" yayda oyunçu ilə müqavilənin müddətin daha 1 il artıra bilər.

Qeyd edək ki, Kqasvanenin son klubu ölkəsinin "Baroka" klubu olub.

Bütün xəbərlər Facebook səhifəmizdə