İtaliyalı mütəxəssis Marçello Lippi futbol üzrə Çin millisinin baş məşqçisi vəzifəsindən uzaqlaşdırılıb. “Championat.com” saytında yer alan məlumatda deyilir ki, Asiya kubokunun dörddəbir finalında İran millisinə 0:3 hesabı ilə məğlub olduqdan sonra baş məşqçi getmək barədə qərar verib. “Bu matçda Çin komandası ilə müqaviləm başa çatdı. Çin kimi böyük bir ölkənin futbol komandasını çalışdırmaq mənim üçün böyük şərəf idi. Komandanı gücləndirmək üçün əlimdən gələni etdim. Mənə dəstək verən şəxslərə təşəkkür edirəm”, - deyə 70 yaşlı mütəxəssis bildirib. M.Lippi 2016-cı ildən Çin millisini çalışdırırdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB