Qətər və Yaponiya millilərinin Amerika Kubokunda rəqibləri müəyyənləşib

Qətər və Yaponiya millilərinin Amerika Kubokunda rəqibləri müəyyənləşib

Futbol üzrə Qətər və Yaponiya millilərinin bu il Braziliyada keçiriləcək futbol üzrə Amerika Kubokunda rəqibləri müəyyənləşib. Belə ki, 2022-ci ildə dünya çempionatına ev sahibliyi edəcək Qətər millisi B qrupunda Argentina, Kolumbiya və Paraqvay yığmaları ilə qarşılaşacaq. C qrupunda yer alan Yaponiya millisinin rəqibləri isə Uruqvay, Ekvador və Çili milliləri olacaq. Turnirin A qrupunda Braziliya, Boliviya, Venesuela və Peru komandaları çempionluq uğrunda mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə