PSJ argentinalı futbolçunun transfer qiymətini açıqlayıb

PSJ argentinalı futbolçunun transfer qiymətini açıqlayıb

Fransanın PSJ klubu “Zenit”dən heyətinə qatdığı yarımmüdafiəçi Leandro Peredesin transfer qiymətini açıqlayıb. Fransız klubunun rəsmi saytında yer alan məlumata görə, argentinalı oyunçu 40 milyon avro müqabilində PSJ-yə keçəcək. Həmçinin “Zenit” gələcəkdə futbolçunun nailiyyətlərinə görə, 5 milyon avronu bonus şəkilində əldə edə bilər.

Yanvarın 26-da futbolçu “Zenit”in təlim-məşq toplanışı keçdiyi Qətərdə həkim müayinəsindən keçdikdən sonra ictimaiyyətə təqdim olunacaq. Paytaxt təmsilçisi futbolçu ilə 5 illik müqavilə bağlamağı nəzərdə tutub.

Qeyd edək ki, Peredes 2017-ci ildən “Zenit” klubunun şərəfin qoruyub. Cari mövsüm argentinalı 15 oyunda meydana çıxaraq 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə